Gürcüstan parlamentin bugünkü iclası və nazirin çıxışı təxirə salınıb

Gürcüstan parlamentin bugünkü iclası və nazirin çıxışı təxirə salınıb Gürcüstan parlamentin bugünkü plenar iclası təxirə salınıb.
Region
2 May , 2024 13:04
Gürcüstan parlamentin bugünkü iclası və nazirin çıxışı təxirə salınıb

Gürcüstan parlamentin bugünkü plenar iclası təxirə salınıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamenti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, plenar iclasın ləğv edilməsi nəticəsində xarici işlər naziri İlya Darçiaşvilinin dinləmələri də keçirilməyəcək.

Xatırladaq ki, İ.Darçiaşvili “Nazir saatı” formatında parlamentə dəvət olunmuşdu.

Parlamentin mətbuat xidmətinin verdiyi məlumata görə, etirazçıların Parlament Sarayına hücumu nəticəsində binaya və infrastruktura ziyan dəyib. Buna görə də bu gün Parlament Sarayında tədbirlər təxirə salınıb. Büro və plenar iclaslar baş tutmayacaq.

Qeyd edək ki, parlament binasında mühafizənin qırmızı səviyyəsi saat 14:00-a qədər qüvvədə qalacaq, sonra isə sarı səviyyə tətbiq olunacaq və bu müddət ərzində ziyarətçilərin Parlament Sarayına girişi qadağan ediləcək.

Son xəbərlər

Orphus sistemi