İran metrosunda din xadiminə hücum edilib, azı 15 nəfər yaralanıb

İran metrosunda din xadiminə hücum edilib, azı 15 nəfər yaralanıb Polis hücum edən şəxsi zərərsizləşdirmək üçün atəş açmağa məcbur olub
Region
15 İyul , 2017 12:03
İran metrosunda din xadiminə hücum edilib, azı 15 nəfər yaralanıb

Bakı. 15 iyul. REPORT.AZ/ İran metrosunda din xadiminə soyuq silahla hücum edilib. 

"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, hadisə ölkənin paytaxtı paytaxt Tehranın yaxınlığında yerləşən Rey şəhərində baş verib. 

Belə ki, iyul ayının 15 səhər saatlarında metro stansiyasının içərisində naməlum şəxs din xadiminə (molla) bıçaqla hücum edib. Bu zaman ətrafda olan şəxslər münaqişəyə qoşulub. 

Polis hücum edən şəxsi zərərsizləşdirmək üçün atəş açmağa məcbur olub, nəticədə azı 15 nəfər bıçaq və güllə yarası alıb.

Son xəbərlər

Orphus sistemi