İnquşetiyada polis ətrafdakıları təhdid edən qardaşını güllələyib

Region
  • 19 yanvar, 2017
  • 07:58
İnquşetiyada polis ətrafdakıları təhdid edən qardaşını güllələyib

Bakı. 19 yanvar. REPORT.AZ/ İnquşetiyada polis əməkdaşı cavab atəşi ilə ətrafdakıları öldürməklə təhdid edən və polisə atəş açan qardaşını güllələmək məcburiyyətində qalıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Yanvarın 18-də təxminən saat 16:00 radələrində əlində tapança olan Malqobek şəhərinin 30 yaşlı müvəqqəti işsiz sakini öz evinin həyətində dayanaraq silahla hədə-qorxu gəlib və ətrafdakıları öldürəcəyi ilə təhdid edib. Bundan sonra həmin şəxs vətəndaşların tərəfini tutan polis əməkdaşına - qardaşına atəş açıb. Nəticədə polis əməkdaşı tabel silahından cavab atəşi açmaqla asayişi pozan şəxsi güllələyərək öldürüb", - respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Faktla əlaqədar cinayət işi açılıb, istintaq aparılır.