Hulusi Akar: "Cənubi Qafqazdakı durum Ermənistan üçün yaxşı bir fürsətdir"

Hulusi Akar: "Cənubi Qafqazdakı durum Ermənistan üçün yaxşı bir fürsətdir" “Azərbaycan bizim qardaşımızdır”.
Region
9 Avqust , 2022 11:27
Hulusi Akar: Cənubi Qafqazdakı durum Ermənistan üçün yaxşı bir fürsətdir
Hulusi Akar

“Azərbaycan bizim qardaşımızdır, dostumuzdur. 30 ildir danışıqlar aparılırdı, 1 milyondan çox qaçqını, məcburi köçkünü var idi, ərazisinin 20 %-i işğal altında idi”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.

“Amma otuz il ərzində bütün bunları heç kim vecinə almadı. ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il gedib-gəlirdilər. Azərbaycanlı qardaşlarımız "artıq bəsdir" deyərək 44 günlük müharibə nəticəsində Azərbaycan ərazilərinin təhlükəsizliyini təmin edib. Eyni zamanda, qeyd etmək lazımdır ki, Cənubi Qafqazdakı durum sülh və əmin-amanlığın bərqərar olması baxımından Ermənistan üçün yaxşı bir fürsətdir”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi