Hulusi Akar İraq və Suriyanın şimalında zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb

Hulusi Akar İraq və Suriyanın şimalında zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb “Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 2015-ci il iyulun 24-dən indiyədək 18 641 terrorçunu zərərsizləşdirib”.
Region
28 Oktyabr , 2021 12:35
Hulusi Akar İraq və Suriyanın şimalında zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb
Hulusi Akar

“Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 2015-ci il iyulun 24-dən indiyədək 18 641 terrorçunu zərərsizləşdirib”.

“Report” “CNN Turk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Ateş Serbest - 2021” fəxri müşahidəçilər günü münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu müddət ərzində Suriyanın şimalında birlikdə zərərsizləşdirilən terrorçuların ümumi sayı 32 800-ə çatıb.

“PKK YPG-yə (PKK-nın Suriyadakı qolu nəzərdə tutulur - red.) bərabərdir. Bunu hər kəs bilməli, bilməyənlər də öyrənməlidir. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək. Yeni müdafiə konsepsiyası olaraq irəli sürdüyümüz məqam terroru və terrorçuları mənbəyində zərərsizləşdirməkdir”, - H.Akar qeyd edib.

Son xəbərlər

Orphus sistemi