Türkiyənin baş naziri: "Hərbçilərimiz Başikada xidmətini davam etdirəcək"

Türkiyənin baş naziri: "Hərbçilərimiz Başikada xidmətini davam etdirəcək" Binəli Yıldırım: "Əlverişli şərait yarananda bunları dostcasına danışacağıq"
Region
9 Yanvar , 2017 18:05
Türkiyənin baş naziri: Hərbçilərimiz Başikada xidmətini davam etdirəcək

Bakı. 9 yanvar. REPORT.AZ/ Türkiyə hərbçiləri İraqdakı Başika bazasından çıxmayacaq.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım İraqa rəsmi səfərindən sonra bildirib.

Onun sözlərinə görə, Başika İraq torpağıdır: "Deməli, həm də İraqın bazasıdır. Bu, hərbi düşərgənin İraqdakı hökumətdən asılı olmadığı demək deyil. Əlbəttə, oradakı Türkiyə hərbçiləri öz xidmətini davam etdirəcək. Əlverişli şərait yarananda bunları dostcasına danışacağıq”.

Türkiyənin Baş naziri Binəli Yıldırım yanvarın 7-8-də İraqda rəsmi səfərdə olub. İraqın baş naziri Heydər əl-İbadi Türkiyənin Baş naziri Binəli Yıldırımla keçirdyi görüşün yekununa həsr olunan mətbuat konfransında bildirib: “Türkiyə hərbçilərinin Başikadan çıxması ilə bağlı İraqın istəyi əsasında razılıq əldə edilib”.

Xatırladaq ki, ötən il oktyabrın 21-də Ankaraya səfəri zamanı ABŞ-ın müdafiə naziri Eşton Karter jurnalistlərə hər iki dövlətin rəhbərliyi İraqın Mosul şəhəri yaxınlığındakı Başika hərbi bazası və İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarda iştirak etmək üçün prinsipial razılığa gəlindiyini söyləmişdi: "Hazırda bir müqavilə var. Ancaq indi bunun üzərində çalışırıq".

Onu da qeyd edək ki, İraqın Mosul əyalətinin Başika bölgəsi yaxınlığında Türkiyənin hərbi bazası yerləşir. Onlar İraqın şimalındakı kürd muxtariyyətinin silahlılarına terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün təlim keçirlər. İraq Türkiyədən Mosul yaxınlığındakı Başikadan hərbçilərini çıxarmağı tələb edir. Türkiyə isə orada beynəlxalq hüquq normaları çərçivəsində mövcudluğunu bildirir.

Son xəbərlər

Orphus sistemi