Türkiyənin Mütəşəkkil Sənaye Zonasının rəhbəri: Azərbaycanla əməkdaşlıq türk dünyasına böyük fayda verəcək

Türkiyənin Mütəşəkkil Sənaye Zonasının rəhbəri: Azərbaycanla əməkdaşlıq türk dünyasına böyük fayda verəcək Türkiyənin Mütəşəkkil Sənaye Zonasının rəhbəri: “Azərbaycanla əməkdaşlığımızın genişlənməsi türk dünyasına böyük fayda verəcək”
Region
24 May , 2024 13:27
Türkiyənin Mütəşəkkil Sənaye Zonasının rəhbəri: Azərbaycanla əməkdaşlıq türk dünyasına böyük fayda verəcək

Qarabağ zəfərində OSTİM istehsalı olan müdafiə sənayesi məhsullarının da payı var. Hesab edirik ki, Azərbaycanla əməkdaşlığımızın genişlənməsi türk dünyasına böyük fayda verəcək.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Ortadoğu Sənaye və Ticarət Mərkəzinin (OSTİM) Mütəşəkkil Sənaye Zonasının (ÖSB) İdarə Heyətinin sədri Orhan Aydın bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi qurumun mütəxəssisləri tərəfindən Qarabağda hansı sənaye sahəsinin inkişafa ehtiyacı olduğunun öyrənilməsi nəzərdə tutulub: “İşğaldan azad edilən Azərbaycan torpaqlarında hələ ki olmamışıq. Amma OSTİM istehsalı olan maşınlar, müdafiə sənayesi məhsulları savaş bölgələrində istifadə edilib, bundan da məmnuniyyət və qürur duyuruq”.

Rəhbərlik etdiyi qurumun dünyanın 20-dən çox ölkəsinin müvafiq müəssisələri ilə əməkdaşlıq etdiyini bildirən O.Aydın Özbəkistanda OSTİM ÖSB nümunəsinin tətbiq olunduğunu vurğulayıb.

"Bu əməkdaşlığın bütün türk dünyasına yayılması mümkündür. Bu ilin sentyabr ayında prezidentlərimizin də iştirakı ilə Özbəkistanda həmin sənaye bölgəsinin açılışı gözlənilir. 1990-cı illərdə ilk olaraq biz bu əməkdaşlığı Azərbaycanın Sumqayıt və Bakı şəhərləri ilə qurmuşduq. O zaman əməkdaşlıq etdiyimiz müəssisə qapandığı üçün hazırda Azərbaycanla əlaqələrimizin bərpasına ehtiyac var. Əgər tələbat olarsa, biz məmnuniyyətlə buna hazırıq. Biz türk və müsəlman dünyası ilə işbirliyimizi, gücümüzü böyütməyi düşünürük. Qazaxıstanda bir şin zavodu ilə birgə fəaliyyətlərimiz var, o ölkədə də Özbəkistandakı kimi sənaye zonası qurula bilər. Türk dünyasının “Turan” markası adı altında bütün dünyaya mal ixrac etmək kimi böyük potensialı var. Yəni bunun üçün də Türkiyədəki OSTİM ÖSB nümunəsi bütün türk dünyasında genişlənməlidir”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi