Gürcüstanın sabiq naziri: USAID və NED gürcü gənclərə çevriliş etməyi öyrətmək üçün qrant verirlər

Gürcüstanın sabiq naziri: USAID və NED gürcü gənclərə çevriliş etməyi öyrətmək üçün qrant verirlər Gürcüstanın Qaçqınların İşi üzrə sabiq naziri Sozar Subari ABŞ dövlət büdcəsindən maliyyələşən USAID və NED kimi təşkilatları tənqid edib.
Region
13 Dekabr , 2024 13:14
Gürcüstanın sabiq naziri: USAID və NED gürcü gənclərə çevriliş etməyi öyrətmək üçün qrant verirlər
Sozar Subari

Gürcüstanın Qaçqınların İşi üzrə sabiq naziri Sozar Subari ABŞ dövlət büdcəsindən maliyyələşən USAID və NED kimi təşkilatları tənqid edib.

"Report"un məlumatına görə, o deyib ki, USAID və NED kimi təşkilatlar gürcü gənclərə çevriliş etməyi, silahdan istifadə etməyi öyrətmək üçün qrant verirlər.

"Məsələn, USAID Nepalda ateizm və din əleyhinə kampaniyaları maliyyələşdirmək üçün yarım milyon dollar xərcləyib. Sual yaranır, ABŞ hökuməti Nepalda ateizm təbliğatını niyə maliyyələşdirməlidir? Onun məqsədi nədir? Lakin biz görürük ki, uzun illərdir eyni siyasət Amerika qrantları hesabına Gürcüstanda da həyata keçirilir", - sabiq nazir qeyd edib.

Bununla belə, Sozar Subari ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və onun quracağı administrasiya barədə xoş sözlər deyib:

“Tramp Amerika xalqı tərəfindən seçilib, o, ABŞ prezidentidir və heç vaxt deməyib ki, “öncə Gürcüstan”, onun şüarı “ilk növbədə, Amerika"dır. Tramp Amerika üçün hər şeyi edir.

Bizim və Tramp administrasiyasının baxışı bir çox digər məsələlərdə tamamilə üst-üstə düşür. Məsələn, “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu qəbul edəndə bizə ciddi şəkildə bildirdilər ki, bu qanunu ləğv etməsək, Avropa İttifaqının qapısı üzümüzə həmişəlik bağlı olacaq. Üstəlik, onlar hətta bizi sanksiyalarla hədələməyə başladılar. O zaman Tramp prezident seçkilərində qalib gəldi və məlum oldu ki, o və onun komandası bu qanunun ruhunu tamamilə bölüşür".

Sabiq nazir əlavə edib ki, Paris Olimpiadasının açılış mərasimindəki çıxış praktiki olaraq xristianlığa təhqir olduğunu deyəndə bütün liberal dünya Gürcüstana güldü.

"Həmin vaxt ABŞ-nin gələcək dövlət katibi Marko Rubio da dedi ki, bu, biabırçı çıxışdır – yəni bizim baxışlarımız burada da üst-üstə düşür. ABŞ hər zaman bütün dünyaya açıq olan ölkədir, lakin onun yeni administrasiyasının dünyada gedən gərgin proseslərə nə qədər qarışacağını və Gürcüstanı kifayət qədər görə bilməyəcəyini təsəvvür etsək belə, ideoloji baxışlarımızın üst-üstə düşməsi bizim üçün ciddi üstünlükdür. Bu, əlaqələrin gələcək inkişafı üçün mühüm təkan verir”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi