Gürcüstanın keçmiş baş naziri partiya sədri oldu - YENİLƏNİB

Gürcüstanın keçmiş baş naziri partiya sədri oldu - YENİLƏNİB Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariya “Gürcüstan naminə” adlı partiya yaradıb
Region
29 May , 2021 18:35
Gürcüstanın keçmiş baş naziri partiya sədri oldu - YENİLƏNİB

Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariya “Gürcüstan naminə” partiyasının sədri seçilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərar siyasi təşkilatın təqdimetmə mərasimində qəbul olunub.

400-ə yaxın partiya tərəfdarı və qonağın iştirak etdiyi tədbirdə nizamnamə də təsdiqlənib.

G.Qaxariya çıxışında partiyanın kiminsə əleyhinə deyil, Gürcüstan naminə yaradıldığını bildirib. Onun sözlərinə görə, rəhbərlik edəcəyi siyasi təşkilat Gürcüstandakı siyasi proseslərdə fəal iştirak edəcək.

17:20

Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariya “Gürcüstan naminə” adlı partiya yaradıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu gün Tbilisidə yeni siyasi birliyin təqdimatı keçirilir.

Partiya bu ilin payızında yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə iştirak edəcək.

Ötən gün Gürcüstanın NATO-dakı sabiq səfiri Levan Dolidze və keçmiş prezident Giorgi Marqvelaşvilinin müşaviri Giorgi Abaşişvili partiyaya qoşulduqlarını bildiriblər.

Yerli ekspertlərin fikrincə, sabiq baş nazirin komandası hakim Gürcü Arzusu Partiyasının elektoratının bir hissəsini öz tərəfinə çəkməyə nail olacaq.

Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək hökumət başçısı vəzifəsini tutub. Aprel ayında Gürcüstan parlamentinin 6 deputatı hakim partiyanı tərk edərək onun tərəfdarlarının sırasına qoşulub. Son aylar ərzində “Qaxariyanın adamları” hesab olunan bir neçə dövlət məmuru vəzifələrindən azad ediliblər.

Son xəbərlər

Orphus sistemi