Gürcüstanın iki müxalif partiya sədrinin deputat mandatı ləğv olunub

Region
  • 16 noyabr, 2021
  • 12:31
Gürcüstanın iki müxalif partiya sədrinin deputat mandatı ləğv olunub

Gürcüstanın müxalif Lelo Partiyasının sədri Mamuka Xazaradze və “Qirçi – Daha çox azadlıq” partiyasının sədri Zurab Caparidzenin deputat mandatları vaxtından əvvəl dayandırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərar ölkə parlamentinin bugünkü plenar iclasında səs çoxluğu ilə qəbul olunub.

Müxalifətçilər yerli özünüidarəetmə orqanlarına ötən ay keçirilən seçkilərdən sonra öz istəkləri əsasında qanunverici orqanda təmsil olunmaqdan imtina ediblər.

44 filmi