Gürcüstanın Baş naziri Türkiyə lideri ilə ikitərəfli əlaqələri müzakirə edib
Region
- 19 sentyabr, 2022
- 23:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində görüşüblər.
“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tviter hesabında yazıb.
“Rəcəb Tayyib Ərdoğanla görüşməkdən məmnunam. Gürcüstan və Türkiyə arasında ikitərəfli, regional və çoxtərəfli gündəliyə dair məsələlər müzakirə edilib. Biz Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirmək üçün çoxdankı tərəfdaş və dostlarıq!”, - Gürcüstanın hökumət başçısı qeyd edib.
Xatırladaq ki, hər iki ölkənin rəsmiləri BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərindədir.
Son xəbərlər
12:20
Azərbaycanda KOB-ların "yaşıl enerji" şəbəkəsinə qoşulması üçün əsas şərt açıqlanıb
Energetika
12:19
Bu bank minimum 8,5 %-lə kredit təklif edir
Maliyyə
12:17
Zelenski: Hər ay "Patriot" üçün cəmi 12 raket alırıq, ehtiyacımız isə bundan çoxdur
Region
12:17
MDB məkanında tərəfdaşlıq maliyyəsi bazarı yenidən canlanma mərhələsinə keçir
Maliyyə
12:16
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır
Elm və təhsil
12:16
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir - PROQNOZ
Ekologiya
12:13
"Fənərbağça" komandasının müvəqqəti baş məşqçisi açıqlanıb
Futbol
12:10
Azərbaycan 9 ayda dövlət zəmanətli borcunun məbləğini 24 % azaldıb
Maliyyə
12:08
DYP: Son dövrlər skuterlərlə yol hərəkəti qaydalarının pozulması halları artır
Daxili siyasət