Gürcüstandan azərbaycanlıların növbəti təxliyəsi hazırlanır

Gürcüstandan azərbaycanlıların növbəti təxliyəsi hazırlanır Gürcüstanda qalan Azərbaycan vətəndaşları və soydaşlarımızın növbəti təxliyəsinə hazırlıq görülür.
Region
28 İyul , 2020 12:55
Gürcüstandan azərbaycanlıların növbəti təxliyəsi hazırlanır

Gürcüstanda qalan Azərbaycan vətəndaşları və soydaşlarımızın növbəti təxliyəsinə hazırlıq görülür.  

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər arasında 150-yə yaxın Azərbaycan vətəndaşı və təxminən 100 nəfər gürcüstanlı soydaşımız var. Siyahıda azərbaycanlı olan 8 Rusiya və 1 Türkiyə vətəndaşı da yer alıb.

Qeyd olunub ki, təxliyə olunacaq şəxslər bu gün Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı testdən keçirilirlər.

COVID-19 testi neqativ nəticələnəcək azərbaycanlılar iyulun 29-da saat 10:00-da 4 avtobusla Azərbaycan səfirliyinin binası qarşısından “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.    

Xatırladaq ki, indiyədək Gürcüstan ərazisi vasitəsilə 1 000 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb. 

 

Son xəbərlər

Orphus sistemi