Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşı təxliyə olunur

Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşı təxliyə olunur Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşının Vətənə təxliyəsi həyata keçirilir.
Region
15 Yanvar , 2021 09:45
Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşı təxliyə olunur

Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşının Vətənə təxliyəsi həyata keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, hazırda təxliyə olunan şəxslər Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında toplaşır.

Vətəndaşların koronavirusla bağlı testləri neqativ nəticələnib. Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı təxliyə olunanlara COVID-19 arayışı təqdim edəndən sonra onlar növbəli şəkildə sərhəd-keçid məntəqəsini keçəcəklər. Həmin şəxslərin Azərbaycanda xüsusi karantin rejimində yaşadıqları yerə çatmaq üçün bir günlük sərbəst hərəkət icazələri olacaq.

Təxliyə prosesi yerli vaxtla saat 13:00-da başa çatdırılacaq.

Qeyd edək ki, Gürcüstandan Azərbaycan vətəndaşlarının son təxliyəsi ötən ilin sentyabrın 21-də baş tutub. Pandemiya dövründə Gürcüstandan və ölkə ərazisi vasitəsilə 2 mindən çox azərbaycanlının Vətənə qayıdışı təmin olunub.

Son xəbərlər

Orphus sistemi