Gürcüstanda prezident seçkilərini 58 beynəlxalq təşkilatın 1100-dən çox müşahidəçisi izləyir

Gürcüstanda prezident seçkilərini 58 beynəlxalq təşkilatın 1100-dən çox müşahidəçisi izləyir Bakı. 28 oktyabr. REPORT.AZ/ Gürcüstanda prezident seçkilərini 58 beynəlxalq təşkilatın 1100-dən çox müşahidəçisi izləyir.
Region
28 Oktyabr , 2018 09:31
Gürcüstanda prezident seçkilərini 58 beynəlxalq təşkilatın 1100-dən çox müşahidəçisi izləyir

Bakı. 28 oktyabr. REPORT.AZ/ Gürcüstanda prezident seçkilərini 58 beynəlxalq təşkilatın 1100-dən çox müşahidəçisi izləyir.

"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildiriblər.

Qeyd edilir ki, seçkiləri həmçinin 73 yerli müşahidəçi təşkilatdan 22000-dən çox müşahidəçi və seçki subyektlərinin 82000 nümayəndəsi izləyir.

Məlumata görə, seçkilərdə 16 səfirlik də daxil olmaqla, 58 beynəlxalq müşahidəçi təşkilat, NATO və ATƏT-in, Avropa Şurası və Avropa Parlamentinin, Polşa Seyminin, GUAM ölkələrinin, ATƏT DTİHB-nin seçki müşahidə missiyasının üzvləri, Azərbaycan, Türkiyə, Qırğızıstan, Rumıniya, Sloveniya, Macarıstan, Xorvatiya, Qazaxıstan, Belarus, İordaniya, Koreya, Bolqarıstan, Litva, Polşa, Moldova və digər ölkələrin seçki komissiyalarının üzvləri akkreditə olunublar.

Səsvermə prosesini 125 KİV-dən 2000-dən çox jurnalist işıqlandırır. Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə saat 8:00-da başlayıb.

Son xəbərlər

Orphus sistemi