Gürcüstanda NATO-nun təlimi keçiriləcək

Gürcüstanda NATO-nun təlimi keçiriləcək Təlimdə 50 min hərbçi iştirak edəcək
Region
25 İyul , 2017 14:11
Gürcüstanda NATO-nun təlimi keçiriləcək

Bakı. 25 iyul. REPORT.AZ/ Gürücüstan NATO-nun “Layiqli tərəfkeş-2017” adı altında çoxmilli hərbi təlimi keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə yerli “Rezonansi” qəzeti məlumat yayıb.

İnformasiyaya əsasən, təlimdə 50 min hərbçi iştirak edəcək. Təlim iyulun 30-da başlayacaq və avqustun 12-də başa çatacaq.

Təlim 2015-ci ildən üçüncü dəfədir Gürcüstan ərazisində keçirilir. Hərbi tədbirə NATO-ya üzv 5 dövlət - ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə və Sloveniya, habelə 3 tərəfkeş dövlət – Ukrayna, Gürcüstan və Ermənistan qatılacaq. 

Son xəbərlər

Orphus sistemi