Gürcüstanda koronavirusa yoluxanların sayı 818-ə çatdı

Region
  • 09 iyun, 2020
  • 06:06
Gürcüstanda koronavirusa yoluxanların sayı 818-ə çatdı

Gürcüstanda koronavirusa 6 yeni yoluxma faktı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 818-ə çatıb. Onların 686-sı müalicə olunaraq sağalıb, 13-ü isə ölüb.

Hazırda ölkə üzrə karantində 2 902, stasionar nəzarətdə isə 249 nəfər saxlanılır.