Gürcüstanda 10 postsovet ölkəsinin dövlət arxivlərinin açıqlığı qiymətləndirilib

Gürcüstanda 10 postsovet ölkəsinin dövlət arxivlərinin açıqlığı qiymətləndirilib Tbilisi. 24 oktyabr. REPORT.AZ/ Gürcüstanda postsovet ölkələrin dövlət arxivlərinin açıqlığının qiymətləndirildiyi yeni www.open-archives.org veb platforma yaradılıb.
Region
24 Oktyabr , 2018 16:02
Gürcüstanda 10 postsovet ölkəsinin dövlət arxivlərinin açıqlığı qiymətləndirilib
Report
0 : 00
0 : 00

Tbilisi. 24 oktyabr. REPORT.AZ/ Gürcüstanda postsovet ölkələrin dövlət arxivlərinin açıqlığının qiymətləndirildiyi yeni www.open-archives.org veb platforma yaradılıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, ingilis və rus dillərində portalın hazırlanması üçün 10 keçmiş sovet respublikasının 18 dövlət arxivi üzrə araşdırmalar aparılıb.

Arxivlərin qiymətləndirilməsi müvafiq qanunvericilik, arxiv xidmətləri, rəsmi internet səhifə, oxucu otaqları və digər göstəricilər üzrə həyata keçirilib.

Platforma İnformasiya Azadlığının İnkişafı üzrə İnstitut (IDFI) tərəfindən Açıq Cəmiyyət İnstitutu – Budapeşt Fondunun (OSI) maliyyə dəstəyi ilə yaradılıb.

Portalda Ukrayna, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya, Azərbaycan, Ermənistan, Özbəkistan, Belarus və Qırğızıstanın dövlət arxivlərinin açıqlığı üzrə reytinq tərtib olunub. Reytinqdə birinci yeri Ukrayna (70,11%), sonuncu yeri isə Qırğızıstan (38,9%) tutub.

Gürcüstanda dövlət arxivlərinin açıqlığı isə 68,37% səviyyəsində qiymətləndirilib. Azərbaycanda bu göstərici 55,82%, Ermənistanda isə 47,92% təşkil edib.

IDFI-nin icraçı direktoru Giorgi Kldiaşvili jurnalistlərə bildirib ki, Azərbaycan üzrə yalnız Milli Arxiv İdarəsi ilə bağlı qiymətləndirmə aparılıb: “Güc və təhlükəsizlik qurumlarının arxivlərinin açıqlığını qiymətləndirmək mümkün olmayıb. Yeni platforma arxiv materiallar üzərində çalışan araşdırmaçılar, jurnalistlər üçün qiymətli və faydalı resurs olacaq. Portalda həmçinin 10 ölkənin dövlət arxivləri ilə bağlı qanunvericiliklə də tanış olmaq mümkündür”.

G.Kldiaşvili qeyd edib ki, gələcəkdə portalın əhatə etdiyi ölkələrin miqyasının genişləndirilməsi planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi