Gürcüstan və Rusiya arasında ixrac-idxal sel axını səbəbindən dayandırılıb
- 26 iyun, 2016
- 00:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 iyun. REPORT.AZ/ Dəryal dərəsində sel axını səbəbindən Rusiya və Gürcüstan arasında mal dövriyyəsi ilə əlaqədar ciddi problemlər yaranıb. Çünki bağlanan Hərbi-Gürcüstan yolu ölkələr arasında yeganə əlverişli yoldur.
"Report" xəbər verir ki, bu barədə gürcü KİV-nə istinadən "İnterfaks" məlumat yayıb.
Aksiz markalı mallar, məsələn sənədləşməyə görə sərhədi məhz "Kazbeqi-Yuxarı Lars" gömrük məntəqəsindən keçməlidir, ona görə, yolun açılmasını gözləmək lazımdır.
Gürcü ekspertlərin fikrincə, yol 1 həftəyə bərpa olunmasa, yük daşıyanlar min km artıq olmaqla alternativ yoldan – Azərbaycandan getməlidirlər. Mallar dəmir yolu vasitəsi ilə tədarük olunmaqdadır.
Hələ iyunun 23-də sel sularının yolun 1 km hissəsini yuyub apardığı, bərpa işlərinin isə başlamadığı bildirilib. Sərhədə 100-dən artıq yük maşını yığılıb.