ABŞ-da işgüzar səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili moldovalı həmkarı Mayya Sandu ilə telefon danışığı aparıb.
“Report”un yerli bürosu xəbər verir ki, dövlət başçısı bu barədə tviter hesabında bildirib.
S.Zurabişvili danışıq zamanı Moldovadakı vəziyyətin müzakirə olunduğunu qeyd edib: “Gürcüstan Moldova ilə həmrəydir və bizi bir araya gətirən Avropa yolumuzdur”.