Gürcüstan Prezidenti Salome Zurabişvili və müxalifət parlament seçkilərinin nəticələrini qeyri-legitim elan edərək ölkədə çevrilişə hazırlaşır.
"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu parlamentin spikeri Şalva Papuaşvili brifinqdə deyib.
“Bu səhnə əvvəlcədən hazırlanmışdı: nəticələri qeyri-legitim elan etmək, texniki hökumət qurmaq... bütün bunlar onların konstitusiya quruluşuna qarşı çıxmaqla istiqamət aldıqları çevriliş səhnəsidir”, – o bildirib.
Spikerin sözlərinə görə, Gürcüstan belə hərəkətlərə yol verməyəcək.
Qeyd edək ki, daha əvvəl əsas müxalifət partiyaları prezidentin təklif etdiyi xartiyanı imzalayıb. Sənədə əsasən, onlar birlikdə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasından daha çox səs toplayacaqları təqdirdə texniki hökumət yaradacaqlar.