Bərdədə ər-arvad dəm qazından zəhərlənib, biri ölüb

Hadisə
  • 28 noyabr, 2026
  • 10:40
Bərdədə ər-arvad dəm qazından zəhərlənib, biri ölüb

Bərdədə ər-arvad dəm qazından zəhərlənib.

"Report" xəbər verir ki, 2003-cü il təvəllüdlü Kənan İmaməli oğlu İmaməliyev və arvadı 2008-ci il təvəllüdlü Pərvanə Arzuman qızı Hüseynova yaşadıqları Əliyanlı kəndindəki evdə dəm qazından zəhərlənib.

Xəstəxanaya yerləşdirilmiş P.Hüseynova ölüb, K.İmaməliyevin vəziyyəti orta-ağırdır.

Araşdırma aparılır.