Gürcüstan parlamenti yenilənmiş Konstitusiyanı təsdiq edib

Gürcüstan parlamenti yenilənmiş Konstitusiyanı təsdiq edib Kutaisidə parlament binası qarşısında "Vahid partiyalı Konstitusiyaya "yox" deyirik" şüarı ilə etiraz aksiyası keçirilir
Region
26 Sentyabr , 2017 17:15
Gürcüstan parlamenti yenilənmiş Konstitusiyanı təsdiq edib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Gürcüstan parlamenti üçüncü, sonuncu oxunuşda ölkə Konstitusiyasına düzəlişləri 117 lehinə, 3 əleyhinə səs olmaqla təsdiq edib. 

Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir.

"Bu gün ölkənin uzunmüddətli demokratik inkişafını təmin edəcək dövlət sistemi yaratmaq üçün əsas olacaq tarixi qərar qəbul etdik", - səsvermədən sonra Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze bildirib.

O, səsvermədə iştirak edən hər kəsə təşəkkür edib.

Gürcüstan parlamentindəki üç müxalifət partiyasından ikisi - "Vahid Milli Hərəkat" və "Avropa Gürcüstanı - azadlığa doğru hərəkət" partiyaları prosesə qatılmaqdan imtina edib.

Eyni zamanda Kutaisidə parlament binası qarşısında "Vahid partiyalı Konstitusiyaya "yox" deyirik" şüarı ilə etiraz aksiyası keçirilir. Aksiyanı parlament və qeyri-parlament müxalifətinin təmsilçiləri təşkil edib.

"Parlamentdə baş verənlər utancvericidir. Bu, ölkənin maraqlarına zidd olan və onun inkişafına mane olan Konstitusiya olacaq", - "Milli Demokratik" Partiyanın lideri Baçuki Kardava vurğulayıb.

Son xəbərlər

Orphus sistemi