Gürcüstan parlamenti siyasi birliklərə xarici ianələri qadağan edən layihəni birinci oxunuşda qəbul edib

Gürcüstan parlamenti siyasi birliklərə xarici ianələri qadağan edən layihəni birinci oxunuşda qəbul edib Gürcüstan parlamenti siyasi birliklər və reqlamentlə bağlı iki qanun layihəsini birinci oxunuşda qəbul edib.
Region
15 aprel 2025 17:35
Gürcüstan parlamenti siyasi birliklərə xarici ianələri qadağan edən layihəni birinci oxunuşda qəbul edib

Gürcüstan parlamenti “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna və Parlament Reqlamentinə dəyişiklikləri birinci oxunuşda sürətləndirilmiş qaydada qəbul edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, hər iki qanun layihəsi müvafiq olaraq 83 və 80 səslə dəstəklənib.

Dəyişikliyə əsasən, siyasi partiyalar və seçkilərə dair tədbir keçirən şəxslər xarici təşkilatlardan həmin seminar, mühazirə və digər tədbirlər qarşılığında ianə qəbul edə bilməyəcəklər. Qrantlar yalnız hökumətin razılığı ilə mümkündür. Qaydalara əməl olunmadıqda ikiqat cərimə tətbiq ediləcək.

Yeni reqlamentdə isə komitə və prosedur qaydaları yenilənir, vətəndaş təşəbbüsünün hüquqi statusu dəqiqləşdirilir və siyasi debatlara dair mexanizm yaradılır.

Orphus sistemi