Gürcüstan parlamenti marixuananın ixracı ilə bağlı qanun layihəsinin müzakirəsini təxirə salıb

Gürcüstan parlamenti marixuananın ixracı ilə bağlı qanun layihəsinin müzakirəsini təxirə salıb Tbilisi. 9 oktyabr. REPORT.AZ/ Gürcüstan parlamenti marixuananın ixrac məqsədi ilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsini iki ay müddətinə təxirə salıb.
Region
9 Oktyabr , 2018 13:15
Gürcüstan parlamenti marixuananın ixracı ilə bağlı qanun layihəsinin müzakirəsini təxirə salıb
0 : 00
0 : 00

Tbilisi. 9 oktyabr. REPORT.AZ/ Gürcüstan parlamenti marixuananın ixrac məqsədi ilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsini iki ay müddətinə təxirə salıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə qərar parlamentin səhiyyə komitəsinin müraciəti əsasında büro iclasında qəbul olunub.

Digər qərarla marixuananın istifadəsinə görə inzibati və cinayət məsuliyyətinin sərtləşdirilməsini ehtiva edən qanunvericilik paketinin nəzərdən keçirilməsi bir ay müddətinə təxirə salınıb. Parlament qeyd olunan layihəni ilk oxunuşda qəbul edib.

Qeyd edək ki, Gürcüstanda marixuananın ixracına icazənin verilməsi ilə bağlı qanun layihəsini ölkə Patriarxlığı və əksər dini icmalar kəskin etirazla qarşılayıb. 

Son xəbərlər

Orphus sistemi