Gürcüstan müxalifəti Tbilisidə növbəti aksiya keçirib

Gürcüstan müxalifəti Tbilisidə növbəti aksiya keçirib Gürcüstanın müxalifət partiyaları paytaxt Tbilisidə parlament binasının qarşısında aksiya keçirib.
Region
9 Noyabr , 2021 21:28
Gürcüstan müxalifəti Tbilisidə növbəti aksiya keçirib

Gürcüstanın müxalifət partiyaları paytaxt Tbilisidə parlament binasının qarşısında aksiya keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, iştirakçılar keçmiş prezident Mixeil Saakaşvilinin mülki xəstəxanaya köçürülməsi, onun azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Vahid Milli Hərəkat Partiyasınn sədri Nika Meliya bildirib ki, sabah Tbilisidə bir neçə yerdə aksiya təşkil olunacaq.

Qeyd edək ki, M.Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb və Rustavidəki 12 saylı həbsxanaya yerləşdirilib. O, ötən gün Tbilisinin 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülüb. Sabah siyasətçinin işi üzrə Tbilisi Şəhər Məhkəməsində prosesin keçiriləcəyi gözlənilir. İş 2007-ci ildə Tbilisidə müxalifətin mitinqinin dağıdılması və “İmedi” teleşirkətinə hücumla bağlıdır.

Son xəbərlər

Orphus sistemi