“Gürcüstan hava yolları”: Rusiyaya uçuşlar davam etdirilir

“Gürcüstan hava yolları”: Rusiyaya uçuşlar davam etdirilir Rusiyaya uçuşlar qrafikə uyğun olaraq normal qaydada davam etdirilir.
Region
22 İyun , 2019 18:44
“Gürcüstan hava yolları”: Rusiyaya uçuşlar davam etdirilir

Rusiyaya uçuşlar qrafikə uyğun olaraq normal qaydada davam etdirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan hava yolları” aviaşirkətinin yaydığı məlumatda bildirilib.

Milli aviadaşıyıcı Gürcüstana səfər etmək istəyən sərnişinlərə müraciət edib:

“Sizi turizm mövsümündə Gürcüstana səfər etməyə dəvət edirik. “Gürcüstan hava yolları” sizin təhlükəsiz və rahat birbaşa uçuşlarınızı təmin edəcək”.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti V.Putin yerli aviaşirkətlərə iyulun 8-dən etibarən Gürcüstana uçuşlar həyata keçirməyi qadağan edən qərar qəbul edib.

“Gürcüstan hava yolları” şirkəti Tbilisidən Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe vodı, Voronej və Ufa şəhərlərinə birbaşa uçuşlar həyata keçirir. Bu şirkətlə yanaşı Gürcüstanın “My way airlines” şirkəti də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərinə uçuşlar yerinə yetirir. Bu arada Gürcüstanın aviaşirkətlərinə Rusiyaya uçuşların dayandırlması ilə bağlı xəbərdarlığın iyunun 24-də təqdim olunacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi