Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi prosesinə ABŞ şirkəti cəlb olunub  

Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi prosesinə ABŞ şirkəti cəlb olunub   “Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı yekun qərar Gürcüstanın dövlət maraqları və iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinə uyğun əldə olunmalıdır”.
Region
21 Dekabr , 2020 20:17
Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi prosesinə ABŞ şirkəti cəlb olunub  
David Zalkaliani

“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı yekun qərar Gürcüstanın dövlət maraqları və iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinə uyğun əldə olunmalıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri vəzifəsini icra edən David Zalkaliani bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyası səbəbindən birgə komissiya fəaliyyət göstərə bilməyib: “Gələn il komissiyanın işi bərpa olunacaq və bütün məsələlərin müzakirəsi işgüzar rejimdə aparılacaq”.

D.Zalkaliani deyib ki, prosesə beynəlxalq ekspertlər və sərhədlərin demarkasiya-delimitasiyası məsələləri ilə məşğul olan ABŞ-ın tanınmış şirkətlərindən biri cəlb olunub. “Həm Azərbaycan, həm də Ermənistanla sərhədlərin delimitasiyası 2021-ci ilin prioritet məsələləri sırasına daxil olacaq”.

Son xəbərlər

Orphus sistemi