Gürcüstan ATƏT PA qətnamələri ilə yekun bəyannaməyə dəstək verməyib

Gürcüstan ATƏT PA qətnamələri ilə yekun bəyannaməyə dəstək verməyib Gürcüstan ATƏT PA qətnamələri ilə yekun bəyannaməyə dəstək verməyib.
Region
3 İyul , 2024 20:02
Gürcüstan ATƏT PA qətnamələri ilə yekun bəyannaməyə dəstək verməyib

Gürcüstan ATƏT PA qətnamələri ilə yekun bəyannaməyə dəstək verməyib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze bildirib.

"Biz demirik ki, Gürcüstanda qütbləşmə yoxdur, amma başqa ölkələrdə var. Burada bizim mövqeyimiz ondan ibarət idi ki, ölkə ayırmaq olmaz və əgər problem varsa, bu, təkcə Gürcüstanın problemi deyil, bütün Avropa və Qərb cəmiyyətinin problemidir. Belə olan halda isə Gürcüstanı xüsusi olaraq ayırmaq bilərəkdən ayrı-seçkilikdir”, - deyə o qeyd edib.

N.Samxaradze vurğulayıb ki, Gürcüstan üçün qəbuledilməz olan yazılar Amerika nümayəndə heyətinin təşəbbüsü ilə mətndə yer alıb

Bəyannamədə isə ATƏT təsisatlarının Gürcüstanda güclü seçki müşahidə missiyası yaratmasının, səsvermənin bütövlüyünə xələl gətirə biləcək antidemokratik tendensiyaların müəyyən edilməsinin əhəmiyyəti , hakimiyyət orqanları tərəfindən antidemokratik qanun və siyasətlərin, o cümlədən “xarici agentlər” haqqında qanunun qəbul edilməsi yolu ilə Gürcüstan əhalisinin Avro-Atlantik seçiminə xələl gətirilməsi, Gürcüstan hakimiyyəti vətəndaş cəmiyyətinə, müstəqil mediaya, etirazçılara qarşı hücumları dayandırmalı və ölkədə qütbləşməni azaltmalı olması haqqında yazılıb

Son xəbərlər

Orphus sistemi