Global Terrorism Index: Terror aktlarının törədilməsi Bakıya nisbətdə İrəvan və Tbilisidə daha çox ehtimal olunur

Global Terrorism Index: Terror aktlarının törədilməsi Bakıya nisbətdə İrəvan və Tbilisidə daha çox ehtimal olunur Bu barədə Londonun İqtisadiyyat və Sülh İnstitutunun hesabatında deyilir
Region
16 Noyabr , 2017 05:22
Global Terrorism Index: Terror aktlarının törədilməsi Bakıya nisbətdə İrəvan və Tbilisidə daha çox ehtimal olunur

Bakı. 16 noyabr. REPORT.AZ/ Londonun İqtisadiyyat və Sülh İnstitutu 2017-ci ildə qlobal terrorizmin vəziyyətinə dair (Global Terrorism Index 2017) hesabatını açıqlayıb.

“Report” xəbər verir ki, tədqiqatın nəticələrinə görə, terror aktlarının törədilməsi Azərbaycana nisbətdə Ermənistan və Gürcüstanda daha çox ehtimal olunur.

Hesabata görə, Cənubi Qafqaz ölkələri arasında daha çox terror təhlükəsi Ermənistandadır. Bu ölkə siyahıda 75-ci, Gürcüstan isə 77-ci yeri tutub. Azərbaycan 95-ci pillədədir.

Daha çox terror təhlükəsinə məruz qalan ölkələr siyahısında İraq, Suriya, Türkiyə, Liviya və Misir yer alıb. MDB-də terrora daha həssas ölkələr Ukrayna (17), Rusiya (33), Qazaxıstan (67) və Tacikistan (72) olub.

Son xəbərlər

Orphus sistemi