Fransa XİN başçısı İrana rəsmi səfər edəcək

Region
  • 29 iyul, 2017
  • 05:27
Fransa XİN başçısı İrana rəsmi səfər edəcək

Bakı. 29 iyul. REPORT.AZ/ Fransanın xarici işlər naziri Jan-Yves Le Drian avqustun 4-5-də Tehrana səfər edəcək.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu, onun İrana ilk rəsmi səfəridir.

Səfər çərçivəsində İran prezidenti Həsən Ruhani, iranlı həmkarı Məhmməd Cavad Zərif başda olmaqla İranın başqa rəsmiləri görüşəcəklər.

Səfər zamanı tərəflər ikitərəfli əməkdaşlığa və bölgədəki problemlərə dair məsələləri müzakirə edəcəklər.

Son xəbərlər

Bütün Xəbər Lenti