Kamil Zeynallı Rusiyada saxlanılıb
Region
- 20 fevral, 2024
- 22:16
Fitnes məşqçisi Kamil Zeynallı Rusiyada saxlanılıb.
“Report” xəbər verir ki, o, bu barədə instaqramdakı hesabında bildirib.
“Azərbaycana gəlirdim. Rusiyanın Domodedovo şəhər aeroportunda polislər məni saxlayıb bölməyə gətirdilər. Dedilər ki, Ermənistan məni beynəlxalq axtarışa verib. Bildirdilər ki, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib səni burdan aparacaqlar. Səhər məhkəmə qarşısına çıxarılacağam”, - o deyib.
K.Zeynallı bildirib ki, o, ötən ilin mayından axtarışa verilib: “Lakin maydan indiyədək 3-cü dəfədir, Rusiyaya gəlib-gedirəm, indi həbs elədilər. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olacaqlar. Qoymazlar ki, məni onlara təhvil versinlər. Hazırda polis bölməsindəyəm. Gözləyirəm, inşallah yaxşı olar”.
Son xəbərlər
13:57
Peskov: Fransa Rusiya ilə əlaqələri bərpa edən yeganə Aİ ölkəsidir
Region13:57
Vüsal Məsiyev: "Azərbaycanda "Hadisələrin Xəritəsi" hazırlanır"
Maliyyə13:53
Rusiya Donetskə zərbə endirib: 2 nəfər ölüb
Digər ölkələr13:48
Ödənişli avtomagistrallarda maksimum sürət həddinin müəyyənləşdirilməsi I oxunuşda qəbul edilib
Biznes13:43
Makron: Avropa üçün çağırışlar artıb
Digər ölkələr13:40
Xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlbi məsələsi I oxunuşda qəbul edilib
Milli Məclis13:35
Lamiyə Vəliyeva Azərbaycan rekorduna imza atıb
Fərdi13:29
Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur
Digər ölkələr13:27