Fərid Şəfiyev: Ermənistanın konstitusiyasını dəyişməyə hazır olmaması Bakı ilə sülh istəmədiyini göstərə bilər

Fərid Şəfiyev: Ermənistanın konstitusiyasını dəyişməyə hazır olmaması Bakı ilə sülh istəmədiyini göstərə bilər Ermənistanın öz konstitusiyasını dəyişməyə hazır olmaması Bakı ilə sülh istəmədiyini göstərə bilər.
Region
10 İyun , 2024 16:28
 Fərid Şəfiyev: Ermənistanın konstitusiyasını dəyişməyə hazır olmaması Bakı ilə sülh istəmədiyini göstərə bilər

Ermənistanın öz konstitusiyasını dəyişməyə hazır olmaması Bakı ilə sülh istəmədiyini göstərə bilər.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (CAİR) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan konstitusiyasının dəyişdirilməsi beynəlxalq hüquqa aiddir və daxili məsələ deyil, çünki Bakı və İrəvan sülh sazişi üzərində işləyir:

“Ermənistanda konstitusiyanın əsaslandığı bir qrup qanunvericilik aktı Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyi tanımır. Vaxtilə Robert Köçaryan Ermənistanda 5 illik yaşayış tələbinin olmamasına baxmayaraq, prezident seçilib və bu ölkənin Konstitusiya Məhkəməsi onun o vaxt Qarabağda yaşamasını Ermənistan ərazisində yaşaması hesab edib. Buna görə də təbii ki, bu məsələ həllini tapmalıdır”.

O vurğulayıb ki, “Belfast Sazişi” bu məsələdə presedent ola bilər:

“Bu, 1998-ci ildən bəri ən yaxşı və nisbətən yeni presedentdir. Bu sazişə əsasən, İrlandiya konstitusiyasına dəyişiklik etməyi və Böyük Britaniyanın Şimali İrlandiya üzərində tam suverenliyini tanımağı öhdəsinə götürmüşdü”.

F.Şəfiyevin fikrincə, ola bilsin ki, sülh sazişində Ermənistanın konstitusiyaya dəyişiklik etmək öhdəliyinə bir növ istinad olsun:

“Lakin sülh sazişi imzalanmamışdan əvvəl Ermənistanın əsas qanununa dəyişiklik edilməsi prosesini başa çatdırmaq məqsədəuyğundur. Əgər o vaxta qədər bu nəticə verməsə, o zaman Ermənistan konstitusiyasına sülh sazişi imzalanandan bir il ərzində düzəlişlər edilməsi ilə bağlı bəzi konkret müddət göstərilməlidir”.

Son xəbərlər

Orphus sistemi