ETTELAAT rəhbərinin keçmiş müavini: "İranda qeyri-demokratik hakimiyyət hökm sürür"

ETTELAAT rəhbərinin keçmiş müavini: "İranda qeyri-demokratik hakimiyyət hökm sürür" “İranda qeyri-demokratik hakimiyyət hökm sürür”.
Region
24 iyun 2023 12:57
ETTELAAT rəhbərinin keçmiş müavini: İranda qeyri-demokratik hakimiyyət hökm sürür

“İranda qeyri-demokratik hakimiyyət hökm sürür”.

“Report” xəbər verir ki, bunu İranın kəşfiyyat, təhlükəsizlik və informasiya (ETTELAAT) nazirinin siyasi məsələlər üzrə keçmiş müavini Səid Həccarian ölkədə mövcud vəziyyəti dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə, Mahmud Əhmədinejadın prezident (2005-2013-cü il) olduğu hökumət pullu, İbrahim Rəisi hökuməti isə (2021-ci ildən) pulsuz populistdir: “Bir vaxtlar ölkədə demokratiyaya oxşar vəziyyət var idi, amma indi qeyri-demokratiya ilə üz-üzəyik”.

Səid Həccarian əlavə edib ki, hakimiyyətdə bu düşüncənin qalması ölkə üçün problemdir. O, hökuməti istefaya çağırıb.

Qeyd edək ki, Səid Həccarian 1954-cü ildə Kaşanda anadan olub. 1980-ci illərdə kəşfiyyatda çalışıb, İranın ETTELAAT nazirinin siyasi məsələlər üzrə müavini işləyib. O, 1979-cu ilin noyabrında ABŞ-ın Tehrandakı səfirliyinə hücum edən tələbələrdən olub. 1997-ci ildə Məhəmməd Xatəminin siyasi məsələlər üzrə müşaviri işləyib.

Son xəbərlər

Orphus sistemi