ABŞ-ın müdafiə naziri: "Türkiyənin əməliyyat keçirməsi qəbuledilməzdir"

ABŞ-ın müdafiə naziri: "Türkiyənin əməliyyat keçirməsi qəbuledilməzdir" Fərat çayının şərqində Türkiyənin həyata keçirmək istədiyi hərbi əməliyyatlar qəbuledilməzdir.
Region
6 Avqust , 2019 14:08
ABŞ-ın müdafiə naziri: Türkiyənin əməliyyat keçirməsi qəbuledilməzdir

"Fərat çayının şərqində Türkiyənin həyata keçirmək istədiyi hərbi əməliyyatlar qəbuledilməzdir".

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Mark Esper bildirib.

“Suriyanın şimalında həyata keçiriləcək istənilən birtərəfli əməliyyat qəbulediməzdir. Ankara ilə anlaşacağımıza ümid edirəm. Görcəyimiz iş budur: ABŞ, Türkiyə və Demokratik Suriya Qüvvələrinin (terrorçu PKK-nın Suriyadakı YPG və PYD adlı qollarının yaratdığı silahlı qruplaşma - red.) Suriyanın şimalında ortaq maraqlara zərər verəcək birtərəfli sərhədboyu addımların atılmasına mane olmaq”, - müdafiə naziri vurğulayıb.

Qeyd edək ki, Ankara Fərat çayının şərqində yerləşən və ABŞ-ın himayə etdiyi terrorçu PKK qruplaşmasının qollarının həmin bölgədən çıxarılmasını, Suriya ilə Türkiyə arasında 32 km-lik təhlükəsizlik bölgəsinin yaradılmasını tələb edir. ABŞ isə həmin ərazidə təhlükəsizlik bölgəsinin 3 km. olmasını təklif edir.

Son xəbərlər

Orphus sistemi