Erməni etnoqraf: “Ölkədə 2 milyon 900 min nəfər qalıb”

Erməni etnoqraf: “Ölkədə 2 milyon 900 min nəfər qalıb” “Ermənistanda 5,5 milyon əhali olmalı idi, ancaq siyahıyaalmaya, hazırkı qeydiyyata əsasən, 2 milyon 900 min nəfər qalıb”.
Region
14 Noyabr , 2023 09:46
Erməni etnoqraf: “Ölkədə 2 milyon 900 min nəfər qalıb”

“Ermənistanda 5,5 milyon əhali olmalı idi, ancaq siyahıyaalmaya, hazırkı qeydiyyata əsasən, 2 milyon 900 min nəfər qalıb”.

“Report” xəbər verir ki, bunu Ermənistanın etnoqraf alimi, tarix elmləri namizədi Artaşes Boyacanyan “Sputnik Armenia”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan əhalisinin sayı rəsmi sayı 2 milyon 900 min nəfər göstərilsə də, əslində bundan da azdır.

Artaşes Boyacanyan bildirib ki, demoqrafik baxımdan Ermənistan qocalmış ölkədir: “Yaşı 65-dən yuxarı olanlar respublika əhalisinin 14,5 faizini, bəzi kənd yaşayış məntəqələrində isə 22 faizə qədərini təşkil edir”.

Boyacanyan qeyd edib ki, müxtəlif millətlərdən olan başqa ölkələrin vətəndaşlarının Ermənistana köçürülməsi də problemlər yaradır: “Bu da demoqrafik mənzərənin dəyişməsinə gətirib çıxarır”.

Onun sözlərinə görə, Şorayel bölgəsi də daxil olmaqla ölkənin müxtəlif vilayətlərinə İran, Çin və Hindistandan köçənlərin sayı ildən-ilə artır.

Artaşes Boyacanyan vurğulayıb ki, miqrasiya itkisi dönməz xarakter ala bilər.

Qeyd edək ki, Ermənistanın əhalisinin sayı 30 ildir 3 milyona çatmır.

Son xəbərlər

Orphus sistemi