Fransa Senatının qrup rəhbəri Ermənistanda müdafiə məsələlərini müzakirə edib

Fransa Senatının qrup rəhbəri Ermənistanda müdafiə məsələlərini müzakirə edib Müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığı ilə bağlı məsələləri ölkənin müdafiə naziri Suren Papikyan və Fransa Senatının dostluq qrupunun rəhbəri Jilber-Lyuk Devinaz müzakirə ediblər.
Region
23 Aprel , 2024 12:58
Fransa Senatının qrup rəhbəri Ermənistanda müdafiə məsələlərini müzakirə edib

Ermənistanla Fransa arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

“Report” xəbər verir ki, müdafiə naziri Suren Papikyan və Fransa Senatının Ermənistanla dostluq qrupunun rəhbəri Jilber-Lyuk Devinazla görüşüb.

Ermənistan KİV-nin məlumatına görə, görüşdə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini də iştirak edib.

Qeyd edilib ki, bunlarla yanaşı, regional təhlükəsizlik məsələləri və Ermənistan silahlı qüvvələrində aparılan genişmiqyaslı islahatlar müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi