Ermənistanın müdafiə naziri ilə Baş Qərargah rəisinin münasibətləri gərgindir

Ermənistanın müdafiə naziri ilə Baş Qərargah rəisinin münasibətləri gərgindir Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyuyanla Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın münasibətləri gərgindir
Region
236
27 May , 2021 11:21
Ermənistanın müdafiə naziri ilə Baş Qərargah rəisinin münasibətləri gərgindir
Vaqarşak Arutyuyan və Artak Davtyan

Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyuyanla Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın münasibətləri gərgindir.

“Report” xəbər verir ki, bunu Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, ordunun rəhbərliyində fikir ayrılığı var. Qeyri-rəsmi mənbələr bildirib ki, Baş Qərargah rəisi A.Davtyan verdiyi əmr və tapşırıqları müdafiə naziri V.Arutyunyanla müzakirə etmir, onunla məsləhətləşmir.

Baş naziri səlahiyyətlərinin icra edən Nikol Paşinyanın da vəziyyətdən xəbərdar olduğu bildirilib. Başqa məlumatlara görə, Müdafiə Nazirliyində əsas fiqur Baş Qərargah rəisinin birinci müavini Arşak Karapetyandır. Nazirlikdəki bir çox məsələləri o, idarə edir.

“Başqa sözlə Arşak Karapetyan Baş Qərargah rəisi və müdafiə nazirinə tabe deyil və nazirliyin kölgə meneceridir. O, Müdafiə Nazirliyini idarə edir”.

Qeyd edək ki, A.Karapetyan 2018-ci ilin aprelinədək Baş Qərargahın kəşfiyyat idarəsinin rəisi, hakimiyyət dəyişiklikərindən sonra baş nazirin müavini işləyib.

Son xəbərlər

Orphus sistemi