Ermənistanın KTMT-nin sessiyasını boykot etməsinin səbəbi məlum olub

Ermənistanın KTMT-nin sessiyasını boykot etməsinin səbəbi məlum olub Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitini boykot etməsinin səbəbi məlum olub
Region
15 Noyabr , 2023 01:55
Ermənistanın KTMT-nin sessiyasını boykot etməsinin səbəbi məlum olub

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyasını boykot etməsinin səbəbi məlum olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O, qeyd edib ki, Ermənistan KTMT-dən bir çox suallara cavab gözləyir. A.Qriqoryanın sözlərinə görə, Ermənistan 2021-ci ilin mayında və ötən ilin sentyabrında Azərbaycanla hərbi əməliyyatlar zamanı KTMT-dən yardım istəsə də, kömək almayıb.

“Bu andan başlayaraq bizim KTMT-yə çoxlu suallarımız var və indiyədək suallara cavab almamışıq”, - o deyib.

Eyni zamanda, Qriqoryan Ermənistanın üzvü olduğu KTMT-nin tədbirlərində iştirakdan imtina etməsini demarş adlandırmayıb və bunda problem görmədiyini bildirib.

“KTMT-nin davranışı ilə bağlı suallarımız var və biz həmkarlarımızın bu suallara cavab verəcəyini gözləyirik”, - Qriqoryan vurğulayıb.

O, Ermənistanın niyə KTMT-dən çıxmaması ilə bağlı suala cavab verərək bildirib ki, “Yerevanın siyasətini davam etdirməyin ən yaxşı yolu budur”.

Qeyd edək ki, Ermənistanın baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyasında iştirak etməyəcək. Toplantı noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi