Ermənistanın İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili ilə bağlı cinayət işi açıb

Ermənistanın İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili ilə bağlı cinayət işi açıb Ermənistan İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili maddəsi ilə cinayət işi açıb.
Region
12 İyun , 2024 21:49
Ermənistanın İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili ilə bağlı cinayət işi açıb

Ermənistan İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili maddəsi ilə cinayət işi açıb.

“Report” bu barədə Ermənistan KİV-nə istinadən xəbər verir.

Komitədən verilən məlumata görə, iyunun 12-də saat 19:30-da İrəvanda Baqramyan prospekti boyu polisin qanuni tələblərinə tabe olmayan etirazçılar iğtişaşlar törədib.

Qeyd olunur ki, iğtişaşlar polisə qarşı güc tətbiqi ilə müşayiət olunub - onlara yumruq və təpik zərbələri endirilib, müxtəlif əşyalar atılıb.

Hazırda bu ərazidə quraşdırılmış kameraların videoyazılarına baxış keçirilir, iğtişaşların təşkilatçıları və iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

Bundan əvvəl polis etirazçıları dağıtmaq üçün səs-küylü qumbaralardan istifadə edib.

Son xəbərlər

Orphus sistemi