Ermənistanın hakim partiyası müxalifətə keçir

Ermənistanın hakim partiyası müxalifətə keçir Armen Aşotyan: "Nikol Paşinyanın başçılıq edəcəyi hökumətlə əməkdaşlıq etməyi mümkünsüz sayırıq"
Region
4 May , 2018 12:17
Ermənistanın hakim partiyası müxalifətə keçir

Bakı. 4 may. REPORT.AZ/ Ermənistanın hakim Respublikaçılar Partiyası müxalifətə keçmək niyyətindədir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasının fraksiyasının deputatı, parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Armen Aşotyan bildirib.

“Nikol Paşinyan baş nazir seçilərsə, Respublikaçılar müxalifətə keçəcək. Parlamentdə səs çoxluğunun olmasına baxmayaraq, özünü müxalifət sayacaq. Çünki Nikol Paşinyanın başçılıq edəcəyi hökumətlə əməkdaşlıq etməyi mümkünsüz sayırıq”, - o vurğulayıb.

Qeyd edək ki, mayın 8-də Ermənistan parlamenti baş nazir postuna səsvermə keçirəcək. Bu vəzifəyə yeganə namizəd Nikol Paşinyandır. Səsvermənin birinci turu mayın 1-də keçirilib. Həmin turda N.Paşinyan lazım olan minimum 53 səs toplaya bilməyib. Onun lehinə 45 deputat səs vermişdi. 

Son xəbərlər

Orphus sistemi