Ermənistanda seçki məntəqəsində atışma olub
Region
- 20 iyun, 2021
- 09:09
Ermənistanın Ararat əyalətində seçki məntəqələrindən birində atışma olub.
“Report” xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.
Qeyd edilir ki, insident Azataşen kəndindəki seçki məntəqəsində baş verib. Hadisə yerinə operativ qrup göndərilib.
Məlumata görə, “Çiçəklənən Ermənistan” və “Verelk” partiyalarının üzvləri arasında mübahisə yaranıb. Mübahisə zamanı qaz tapançasından atəş açılıb.
“Silah maddi sübut kimi götürülüb, təhqiqat aparılır”, - polisin məlumatında bildirilir.
Bu gün Ermənistanda uzun müddətdir davam edən daxili ictimai-siyasi böhran şəraitində növbədənkənar parlament seçkiləri keçirilir. Seçkilərdə 21 partiya və 4 seçki bloku iştirak edir. Parlament seçkilərində bir sıra qanunsuzluqlar qeydə alınıb.
Son xəbərlər
22:46
"Reuters": Amerikalıların əksəriyyəti İranla müharibəyə görə maliyyə vəziyyətinin pisləşəcəyini gözləyir
Digər ölkələr22:34
Bir sıra marşrut avtobuslarının hərəkətində ləngimələr yarana biləcəyi barədə xəbərdarlıq edilib
İnfrastruktur22:28
Orxan Məmmədov: "Zirə"nin ölkə çempionu olması mötəbər hadisədir"
Futbol22:26
Kərəcdə körpüyə hücum nəticəsində ölənlərin sayı artıb
Region22:20
İran ABŞ-nin "LUCAS" kamikadze dronunu vurub
Region22:17
Seymur Məmmədov: "Növbəti hədəfimiz Çempionlar Liqasının qalibi olmaqdır"
Futbol22:17
Azər Allahverənov: Zatulin Qarabağ haqqında faktları yenidən təhrif etməyə çalışır
Xarici siyasət22:07
Bakının mərkəzində hərəkət məhdudlaşdırılır
İnfrastruktur21:56