Ermənistanda Rusiya hərbi bazasının qarşısındakı aksiyada 100 nəfər saxlanılıb - YENİLƏNİB-2

Ermənistanda Rusiya hərbi bazasının qarşısındakı aksiyada 100 nəfər saxlanılıb - YENİLƏNİB-2 Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında nümayişlər keçirilir.
Region
9 Yanvar , 2023 00:05
Ermənistanda Rusiya hərbi bazasının qarşısındakı aksiyada 100 nəfər saxlanılıb - YENİLƏNİB-2

Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada 100-dən çox adam saxlanılıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlayıblar.

Aksiyaçılar bildiriblər ki, Rusiya hərbçilərini “işğalçı” elan edə bilərlər. “Biz dünyaya göstərəcəyik ki, Ermənistan 102-ci baza adı ilə Rusiya qoşunları tərəfindən işğal edilib”, - Milli demokratik qütb” təşkilatının üzvü Vahe Qasparyan bildirib.

08.01.2023. 15:39

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında keçirilən Rusiya əleyhinə aksiyada 65 nəfər saxlanılıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr üzrə idarəsinin rəisi Zarzand Qabrielyan bildirib.

Qeyd edək ki, etiraz aksiyasını “Milli-demokratik qütb” təşkilatı düzənləyib. Onlar Rusiyanın 102-ci hərbi bazasına girişi bağlamağa cəhd ediblər.  

13:51

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında nümayişlər keçirilir.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, etirazçılar “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” və s. şüarlar səsləndiriblər.

Hazırda aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verir, saxlanılanlar var.

Son xəbərlər

Orphus sistemi