İrəvanda ticarət mərkəzindəki partlayışda 6 nəfər ölüb, 17 nəfər itkin düşüb

İrəvanda ticarət mərkəzindəki partlayışda 6 nəfər ölüb, 17 nəfər itkin düşüb Ermənistanda partlayış olub.
Region
15 Avqust , 2022 08:48
İrəvanda ticarət mərkəzindəki partlayışda 6 nəfər ölüb, 17 nəfər itkin düşüb

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

07.30

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 61 nəfər xəsarət alıb. Partlayış zamanı bazarda olan 17 nəfər itkin düşüb.

Qeyd edək ki, partlayış yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.

2022-08-14 23:05

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində yaralananların sayı 61 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, üç nəfər ölüb. Yaralananların 36-nın vəziyyəti orta ağırdır. Partlayış zamanı bazarda olan 25 nəfər itkin düşüb.

Qeyd edək ki, partlayış yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.

18:55

Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı bir nəfər ölüb, xəsarət alanların sayı 57 nəfərə çatıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, yaralanan 36 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin isə qənaətbəxşdir.

Qeyd edək ki, hadisə yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub.

Dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

16:43

Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı 40-45 yaşlı kişi ölüb, xəsarət alanıların sayı 34 nəfərə çatıb. 

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, yaralılardan 10-u həddi-büluğa çatmayanlardır. 

Qeyd edək ki, hadisə yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub.

Dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, partlayışın təsirindən ticarət mərkəzindəki bina da dağılıb. Bildirilir ki, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib. 

15:54

Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı 1 nəfər ölüb, xəsarət alanıların sayı 30 nəfərə çatıb. 

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə "NEWS.am"a Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib.

O vurğulayıb ki, hazırda partlayış yerində yanğınsöndürmə və axtarış işləri aparılır, dağıntılar altında ölənlərin ola biləcəyi ehtimal edilir.

Qeyd edək ki, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, partlayışın təsirindən ticarət mərkəzindəki bina da dağılıb. Bildirilir ki, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib. 

14:50

Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı 1 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, yaralılar İrəvandakı xəstəxanaya çatdırılıb.

Ermənistanın Təcili Yardım Xidmətinin rəhbəri Taqui Stepanyan məlumatı təsdiqləyib.

O, hazırda xəstəxanaya 7 yaralının gətirildiyini, lakin bunun tam deyil, yaralıların sayının hər an dəyişə biləcəyini bildirib.

Hadisə yerinə ölkə rəsmiləri gəlib. 

Qeyd edilir ki, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, partlayışın təsirindən ticarət mərkəzindəki bina da dağılıb. Qeyd edilir ki, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib. 

Ərazini geniş tüstü zolağı bürüyüb. Fövqəladə xidmətlər yerli sakinlərə evlərini tərk etməməyi, çölə çıxmamağı məsləhət görüblər. Qeyd edilir ki, ikinci partlayış təhlükəsi var.  

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. 

14:06

Ermənistanda partlayış olub.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə İrəvanda, “Surmalu” ticarət mərkəzində qeydə alınıb. Partlayış zamanı xəsarət alanların olduğu bildirilir.

Qeyd edilir ki, partlayışdan sonra ticarət mərkəzində yanğın başlayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi, yaralıların dəqiq sayı açıqlanmır. Lakin bildirilir ki, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, partlayışın təsirindən ticarət mərkəzindəki bina da dağılıb. Qeyd edilir ki, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib. 

Ərazini geniş tüstü zolağı bürüyüb. Fövqəladə xidmətlər yerli sakinlərə evlərini tərk etməməyi, çölə çıxmamağı məsləhət görüblər. Qeyd edilir ki, ikinci partlayış təhlükəsi var.  

Son xəbərlər

Orphus sistemi