Ermənistanda müxalif deputatlara cinayət işi açılıb

Ermənistanda müxalif deputatlara cinayət işi açılıb Ermənistan parlamentinin müxalifətçi deputatları Arsvik Minasyan və “Şərəf duyuram” fraksiyasından olan deputat Taron Marqaryana qarşı cinayət işi başlanıb.
Region
28 May , 2022 08:54
Ermənistanda müxalif deputatlara cinayət işi açılıb

Ermənistan parlamentinin müxalifətçi deputatları - Arsvik Minasyan və “Şərəf duyuram” fraksiyasının üzvü Taron Marqaryana qarşı cinayət işi başlanıb.

“Report” xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Arsvik Minasyan bildirib.

Minasyanın sözlərinə görə, o, Marqaryanla müxalifətin mitinqlərindən birinin iştirakçılarına pul paylamaqda şübhəli bilinir.

"Mayın 6-da Armavir vilayətində cinayət işi başlanıb. Bizə məlumat verilib ki, guya mən və Taron Marqaryan etirazçılara pul paylayırıq", - Minasyan bildirib.

Deputat qeyd edib ki, ona və həmkarına qarşı açılan cinayət işi uydurmadır.

Son xəbərlər

Orphus sistemi