Ermənistanda koronavirusa yoluxanların sayı 853-ə çatıb.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.
O deyib ki, 8 pasiyentin vəziyyəti çox ağır, 35-nin durumu ağırdır.
Son sutka ərzində Ermənistanda daha 20 nəfər virusa yoluxub. Bu günədək 8 nəfərin pandemiyadan ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 348 000-i ötüb. Bunların 286 512 nəfəri sağalıb, 74 795 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.