Ermənistanda son gün ərzində koronavirusa daha 69 nəfər yoluxub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi bildirib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 746 nəfərə çatıb.
"Ermənistanda 1 746 koronavirusa yoluxma qeydə alınıb. Virusa yoluxan 833 xəstə sağalıb. 28 nəfər vəfat edib", - deyə mərkəzdən bildirilib.
Qeyd edilir ki, hazırda 885 nəfərin müalicəsi davam etdirilir. Ölkədə 17 931 koronavirus testi aparılıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.