Ermənistan hərbçiləri son sutkada ikinci dəfə qəzaya düşüblər, yaralılar var

Ermənistan hərbçiləri son sutkada ikinci dəfə qəzaya düşüblər, yaralılar var Ermənistanın Geğarkunik mərzində hərbçilərin olduğu “KamAZ”ın qəzaya uğraması nəticəsində iki hərbi qulluqçu yaralanıb.
Region
13 aprel 2024 04:59
Ermənistan hərbçiləri son sutkada ikinci dəfə qəzaya düşüblər, yaralılar var

Ermənistanın Geğarkunik mərzində hərbçilərin olduğu “KamAZ”ın qəzaya uğraması nəticəsində iki nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan “Sputnik Armeniya”ya təsdiqləyib.

Onun sözlərinə görə, hərbi qulluqçuların həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, ötən gün Ermənistan hərbi qulluqçularının düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölmüş, 20 nəfər yaralanmışdı.

Son xəbərlər

Orphus sistemi