Ərdoğan ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstana yola düşüb

Ərdoğan ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstana yola düşüb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanaya yola düşüb. “Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, R.T.Ərdoğan iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq T
Region
3 İyul , 2024 11:55
Ərdoğan ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstana yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanaya yola düşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, R.T.Ərdoğan iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 24-cü sammitində iştirak edəcək. Onun sammit çərçivəsində bəzi liderlərlə, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir.

Qeyd edək ki, sammitdə 16 müxtəlif ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. “Çoxtərəfli dialoqun gücləndirilməsi: davamlı sülh və inkişaf üçün səy göstərmək” adı ilə keçiriləcək tədbirin əsas mövzusu beynəlxalq problemlərin həllində ŞƏT-in rolunun artırılmasıdır.

Zirvə görüşündə regional təhlükəsizlik, nəqliyyat, enerji və logistika mövzularının da müzakirə olunacağı gözlənilir. Liderlərin beynəlxalq ticarət və iqtisadiyyata fokuslanacağı bildirilib.

Zirvə görüşünün sonunda təşkilata sədrlik Qazaxıstandan Çinə keçəcək.

Son xəbərlər

Orphus sistemi