Ərdoğan: “Məktəblərdə təhsili əyani formada davam etdirməkdə qərarlıyıq”

Ərdoğan: “Məktəblərdə təhsili əyani formada davam etdirməkdə qərarlıyıq” “Vaksinasiyada 100 milyon dozaya doğru irəliləyirik”.
Region
142
6 Sentyabr , 2021 12:58
Ərdoğan: “Məktəblərdə təhsili əyani formada davam etdirməkdə qərarlıyıq”
Rəcəb Tayyib Ərdoğan

“Vaksinasiyada 100 milyon dozaya doğru irəliləyirik”.

“Report” xəbər verir ki, bunu Anadolu Sultanahmet Peşə və Texniki Liseyində 2021-2022 tədris ili açılış tədbirində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Fərqli mənbələrdən vaksin təmin olunmasını prioritet sayaraq vətəndaşlarına aşılanma imkanı verən ölkələr arasında il sıralarda yer aldıq. Könüllü əsaslarla davam edən vaksinasiyada 100 milyon dozaya doğru irəliləyirik. Bir çox ölkələrdə bu sahədə hələ də problemlər olduğunu nəzərə alsaq, bu, ölkəmiz üçün ciddi bir uğurdur. Üz-üzə təhsili davam etdirməkdə qərarlıyıq. Vaksin növbəsi çatan bütün vətəndaşlarımızı, xüsusilə təhsil işçilərini və valideynləri vaksin olunmağa çağırıram. Pandemiyaya qarşı ən təsirli silahımız olan vaksini dəyərləndirmək vacibdir. Vaksinlərlə bağlı sosial şəbəkələrdəki informasiya çirkliliyinə vətəndaşlarımız etibar etməməlidir”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi