“Türkiyə Çinin “Bir kəmər, bir yol” layihəsinin bir hissəsi olmalıdır”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Çin bu təşəbbüsün həyata keçirilməsində böyük irəliləyiş əldə edib və irəliləməkdə davam edir. Məqsəd Bosfor boğazının altındakı Mərmərə tunelinə çatmaqdır. Türkiyəsiz bu nəqliyyat dəhlizi ola bilməz. Ölkə əhəmiyyətli istehsal və ticarət bazasıdır. Şərqdən qərbə ən əlverişli yol Türkiyədən keçməlidir”, - o qeyd edib.